İnsanlara hürriyət, millətlərə istiqlal!

Monitorinq Qrupu Qənirə Ataşovaya edilən təhdidlərlə bağlı toplantı keçirdi


Hüquq-müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri – Novella Cəfərova, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Çingiz Qənizadə və Arzu Abdullayeva hazırda ailəsi ilə birlikdə ABŞ-da yaşayan jurnalist Qənirə Ataşovanın ailəsinə və özünə qarşı edilən təhdidlərə dair müraciəti əsasında toplantı keçiriblər.

Musavat.com xəbər verir ki, görüş zamanı Qənirə Ataşova tərəfindən təqdim olunan materiallar və videogörüntülər ətraflı şəkildə müzakirə olunub.

Monitorinq Qrupunun üzvləri məsələ ilə bağlı hüquq-mühafizə orqanları ilə əlaqə saxlayaraq narahatlıqlarını ifadə ediblər. Onlara verilən məlumata görə, məsələ araşdırılır və qanunauyğun tədbirlər görüləcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR