Onlayn ictimai-siyasi qəzet
Türk televiziya tarixinin əfsanəvi seriallarından olan "Arka Sokaklar" 19-cu mövsümündə tamaşaçıları dərindən sarsıdan bir ayrılıqla gündəmə gəlib.
Musavat.com "haberler.com" saytına istinadən xəbər verir ki, 2006-cı ildən bəri serialda Komissar Aylin obrazını canlandıran Özlem Çınar yayımlanan son tanıtım videosu ilə seriala vida edir.
Komissar Aylin obrazının şəhid olduğu anların yer aldığı son fraqment tamaşaçıları dərindən təsirləndirib. Bu duyğusal səhnələrə fon musiqisi kimi Cem Adrianın “Ben Seni Çok Sevdim” adlı mahnısının əlavə edilməsi isə təsiri daha da artırıb. Göz yaşlarına səbəb olan həmin kadrlar qısa müddətdə sosial şəbəkələrdə geniş əks-səda doğurub.
Musavat.com
25 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ