İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Pakistanı dəstəkləyir, amma... - İLGİNC DETALLAR

Pakistanın hərbi maşın karvanının Hindistanla sərhədə doğru irəlilədiyi barədə görüntülü xəbərlər yayılıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə hərbi kolonun Kəşmirin şimalına tərəf getdiyi bildirilir. Beləliklə, Hindistanla Pakistan arasında savaş vəziyyəti yaranıb.

Pakistan Azərbaycanın strateji müttəfiqidir.

Hindistan-Pakistan savaşında Azərbaycan kimin yanında olmalıdır? Azərbaycan müttəfiqi Pakistana necə dəstək verə bilər? 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Musavat.com-a bildirib ki, Azərbaycan Pakistanla Hindistan arasında kəskinləşən prosesləri diqqətlə izləyir:

“Çünki Pakistan Azərbaycanın strateji müttəfiqidir, yaxın dostudur. Hindistanla da müəyyən əlaqələrimiz, xüsusilə də ticarət əlaqələrimiz var. Ona görə də Azərbaycan bölgədə yeni bir müharibə istəmir. Məsələlərin danışıqlar yolu ilə həllini istəyir.

elxan.jpg (68 KB)

Bu gün təəssüf ki, Hindistanla Pakistan arasında gərginlik pik nöqtəsinə çatıb. Pakistan Amerikaya da müraciət edib ki, bu məsələnin həllində vasitəçi rolunda çıxış etsin. Amma Pakistana yönəlik ittihamlar əlbəttə ki, əsaslı deyil.

Azərbaycan təbii ki, strateji müttəfiqi olan Pakistanın mövqeyini dəstəkləyəcək və prosesləri diqqətlə izləyəcək. Amma burada əsas rol ABŞ-ındır. Amerikanın həm Hindistanla, həm Pakistanla müəyyən tərəfdaşlıq münasibətləri var. Söhbət iki böyük nüvə dövlətindən gedir.

Bölgədə iki böyük nüvə dövlətinin arasında gərginliyin artması, savaşın baş verməsi ətrafda olan ölkələrin demək olar hamısının maraqlarına ziddir. Azərbaycan bu gün mənəvi baxımdan müttəfiqi dostu Pakistanın yanındadır. Amma təbii ki, Azərbaycan iki böyük nüvə dövləti arasında gərginliyin artmasında, müharibənin olmasında maraqlı ola bilməz”.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR