Onlayn ictimai-siyasi qəzet
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Yaroslav Moskalikin qətlini terror aktı adlandırıb.
Musavat.com xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
"Əsas məsələ Avropanın, dünyanın mərkəzində müharibəni necə dayandırmaqdır. Hər gün çoxlu qurbanlar görürük. Bu gün də Moskvada terror aktı nəticəsində bir rus əsgəri həlak olub", - Zaxarova jurnalistlərə deyib.
Qeyd edəki, 59 yaşlı Rusiya generalı Yaroslav Moskalik Moskva vilayətinin Balaşixa şəhərində avtomobilin partlaması nəticəsində həlak olub. İstintaq Komitəsi "Volkswagen" markalı avtomobildə partlayışın partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verdiyini təsdiqləyib.
Partlayış dalğası Moskaliki bir neçə metr kənara atıb. O, hadisə yerində dünyasını dəyişib. Hadisə yerindən çəkilmiş fotoşəkillərə əsasən, avtomobilin içərisində zərbə elementləri olan əldəqayırma partlayıcı qurğu olub.
Musavat.com
25 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ