İnsanlara hürriyət, millətlərə istiqlal!

Emin Ağalarov övladları ilə Çin lideri Si Cinpinlə görüşdən görüntülər paylaşdı - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov sosial şəbəkə hesabında övladları ilə birlikdə Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşdən video və foto görüntülər paylaşıb.

Musavat.com xəbər verir ki,Emin Ağalarovun paylaşdığı görüntülərdə onun övladları – əkiz oğulları Əli və Mikayıl yer alıblar.

Qeyd edək ki, Əli və Mikayıl Emin Ağalarovun Azərbaycan Prezidenti İlham Əliyevin qızı Leyla Əliyeva ilə olan evliliyindən olan övladlarıdır və beləliklə, Azərbaycan Prezidentinin nəvələridirlər.

Görüntülərdən aydın olur ki, Prezident İlham Əliyev Çin səfəri zamanı nəvələrini də özü ilə aparıb və onlar Çin lideri ilə keçirilən rəsmi görüşdə iştirak ediblər. Bu, Azərbaycan-Çin münasibətlərinin ailəvi və mədəni səviyyədə də inkişaf etdiyinin göstəricisi kimi qiymətləndirilir.

Musavat.com həmin görüntüləri təqdim edir:

@@TVmusavat/113701@@

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR