İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriyada Türkiyəyönlü qüvvələrin irəliləməsi Ermənistanı ÇALXALADI 

Suriyada Əsəd rejiminin son dövrlərdə ağır məlubiyyətlərə düçar olması Ermənistanda ciddi narahatlıq doğurub.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, yerli politoloq Artur Xaçikyan bununla bağlı fikirlərini paylaşıb.

“Türkiyə və ola bilsin ki, İsrail və ABŞ tərəfindən Suriyaya təşkil edilən hücum aşağıdakı mənaları ifadə edir:

1) Bu, Rusiyaya qarşı ikinci cəbhənin açılmasıdır ki, onun qüvvələrini Ukraynadan yayındırsın, bu da Qərbin maraqlarına uyğundur.

Qərb bunu nə Gürcüstanda, nə Ermənistanda, nə də Moldovada edə bilərdi. Amma indi Suriyada uğur qazanıblar və növbəti sırada İran ola bilər. Bu, İrana qarşı ikinci cəbhədir, onu müharibəyə sürükləmək cəhdidir ki, bu da İsrail və ABŞ-ın maraqlarına uyğundur.

2) Bu, Türkiyəyə etibar oluna biləcəyini, onu öz tərəfinə çəkə biləcəyini, hər şeyi ona bağışlayacağını düşünənlər üçün (Xaçikyan burada Rusiyanı nəzərdə tutur - red.) fikir qidasıdır. Bu, əlbəttə ki, onların işidir, amma bəlkə də yenidən düşünməlidirlər.

3) Bu, Ermənistandan olan təlxəklər üçün başqa bir dərsdir. Heç bir sazişə arxalanmaq olmaz.

Dostlarımız illərdir Türkiyə ilə dostluq etməyə, onu sakitləşdirməyə, bağışlamağa, çoxlu güzəştlərə getməyə çalışırlar. İndi bir daha gördük ki, sakitləşmək heç bir nəticə vermir. Bu, Ermənistandan addım-addım geri çəkilərək sülh istəyən “sakitləşdiricilər” üçün dərsdir. Sülh olmayacaq”, - deyə revanşist ekspert Suriya ilə bağlı özü üçün belə “dərslər” çıxarıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Yanvar 2025

22 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR