Onlayn ictimai-siyasi qəzet
“Ermənistandakı müxalif siyasi qüvvələrin əksəriyyəti ona görə uğursuzluğa düçar olur ki, acı həqiqətlə üzləşməkdən yayınırlar”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu fikir yerli politoloq Suren Surenyants tərəfindən səslənib.
Onun sözlərinə görə, son müharibədəki itkilər və Qarabağın itirilməsi nəticəsində Ermənistanın “dövlət konsepsiyası” məhv edilib.
Revanşist politoloqun fikrincə, indi Ermənistana yeni (yeni revanşist, qonşularla daima münaqişəni özündə ehtiva edən - red.) milli dövlət konsepsiyası lazımdır. Onu formalaşdıra bilən siyasi qüvvə və ya siyasi qüvvələr qrupu 2026-cı il seçkilərində ciddi iddia ilə çıxış edə biləcək.
Musavat.com
28 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ