İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın Rusiyaya qarşı sanksiyalarla bağlı qərarı bir həftəyə bilinəcək - Tramp

ABŞ prezidenti Donald Tramp deyib ki, yaxın bir neçə gün Ukraynada nizamlanma üzrə danışıqlar üçün çox vacib olacaq.

Musavat.com xəbər verir ki, Tram bu barədə fikirlərini Norveçin baş naziri Jonas Qahr Store ilə görüşünün protokol çəkilişi zamanı jurnalistlərin suallarını cavablandırarkən açıqlayıb: "Biz bu müharibəni bitirmək istəyirik. Biz onu tez bitirmək istəyirik. Və mən hesab edirəm ki, biz çox irəliləyiş əldə etmişik. Və yaxın bir neçə gündə nə baş verəcəyini görəcəyik, bu, çox vacib olacaq. Hazırda görüşlər gedir".

O, həmçinin həm Moskva, həm də Kiyev tərəfindən qəbul ediləcək sülh sazişinin tezliklə hazırlanmasının mümkünlüyünə əminliyini ifadə edib. "İnanıram ki, onlar bu təklifi qəbul edəcəklər və düşünürəm ki, biz bunu tezliklə başa çatdıracağıq".

Tramp Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinin mümkünlüyü ilə bağlı suala “bir həftədən sonra” cavab verməyə üstünlük verəcəyini bildirib.
Eyni zamanda qeyd edib ki, Ukrayna çoxlu ərazi itirib və onlara nəzarəti bərpa etmək çox çətin olacaq.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Aprel 2025

24 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR