İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəşad Dağlıya görə “Space TV”yə xəbərdarlıq edildi

Bir neçə gün əvvəl "Space TV"nin efirində meyxanaçı Rəşad Dağlının (Əmirov) ad günü qeyd edilib.

Televiziya kanalında ağır cinayətə görə həbs edilən meyxanaçının ad gününün qeyd edilməsi görüntüləri sosial mediada birmənalı qarşılanmayıb. Veriliş Tarix Əliyevin aparıcılığı ilə baş tutub.

Musavat.com xəbər verir ki, Modern.az məsələ ilə əlaqədar Audiovizual Şuraya müraciət edib.

Qurumun Kommunikasiya Sektorunun müdiri Taleh Quliyev bildirib ki, sözügedən məsələ ilə bağlı Şuranın aidiyyatı struktur bölmələri tərəfindən araşdırma aparılıb.

Açıqlamada qeyd olunur ki, araşdırmanın nəticələrinə uyğun olaraq qanunvercilik çərçivəsində kanala rəsmi məktubla xəbərdarlıq edilib.

"Həmçinin, televiziya kanalına bildirilib ki, eyni halın təkrarlanacağı təqdirdə, inzibati cəza tədbiri - sanksiya tətbiq ediləcək", - Taleh Quliyev vurğulayıb.

Xatırladaq ki, Rəşad Dağlı ötən il noyabrın 9-da Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi maşınında bıçaqla qətlə yetirməkdə təqsirləndirilib. Bakı Ağır Cinayətlər məhkəməsinə qərarı ilə Rəşad Dağlıya 9 il 6 ay həbs cəzası verilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Aprel 2025

24 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR