İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ sülh üçün Rusiyadan bunları istəyir – Putinin əsas məqsədi...

Birləşmiş Ştatlar Rusiyadan Ukraynanın öz ordusuna və müdafiə sənayesinə olan hüququnu müharibəni dayandırmaq üçün razılaşmanın bir hissəsi kimi tanımasını tələb edəcək.

Musavat.com xəbər verir ki, məlumatı Bloomberg Vaşinqtondakı müzakirələrin gedişi ilə tanış olan mənbələrə istinadən yayıb.

Qeyd olunur ki, ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff Rusiyada Vladimir Putinlə növbəti görüşündə bu məsələni qaldıra bilər.

Agentlik vurğulayıb ki, Ukraynanın öz ordusuna malik olmasına razılıq verməsi Putinin bu ölkəni demilitarizasiya etmək məqsədindən əl çəkməli olacağı anlamına gələcək. Üstəlik, bu, Tramp administrasiyasının müharibəni dayandırmaq üçün təkcə Kiyevdən deyil, Moskvadan da müəyyən güzəştlər istəməyə hazır olduğuna işarədir.

Agentlik əlavə edib ki, ABŞ Rusiyadan tammiqyaslı işğalın başlanğıcında ələ keçirdiyi Zaporojye Atom Elektrik Stansiyasına nəzarəti Ukraynaya qaytarmasını da istəyir. Mənbələrə görə, daha sonra hər iki tərəfi enerji ilə təmin etmək üçün obyektin Vaşinqtonun nəzarətinə verilməsi planlaşdırılır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Aprel 2025

24 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR