İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəqibini nokaut edib, məşqçisinə TÜPÜRDÜ - VİDEO

İngiltərənin Birmingem şəhərinin "Resorts World Arena"sında boks gecəsi keçirilib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, gecənin əsas görüşündə Olimpiya Oyunlarının gümüş mükafatçısı Ben Uittaker (İngiltərə) və onun həmyerlisi Liam Kemeron rinqdə üz-üzə gəliblər.

Revanş döyüşündə rinqə çıxan boksçular ötən ilin oktyabrında Səudiyyə Ərəbistanında qarşılaşmışdılar. Onlar çox aktiv döyüşlərinə görə 6-cı raundda rinqdən kənarlaşdırılıblar. Uittaker ağır yaralanıb, xəstəxanaya yerləşdirilmişdi. Hakimlər nəticəni heç-heçə olaraq qeydə almışdılar.

2-ci görüş yenə qalmaqala səhnə olub. Rəqibindən hər komponentdə üstün olan Ben ikinci raundda qalib gəlib.

Döyüş sonrası Kemeronun məşqçisi qalibin onun üzünə tüpürdüyünü bildirib. Uittaker isə bütün ittihamları rədd edərək rəqib olan küncə hücum edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Aprel 2025

24 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR