Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp birinci prezidentliyi dövründə olduğu kimi, bu dəfə də erməniləri məyus edib.
Mudavat.com bildirir ki, saxta “erməni soyqırımı”na həsr olunan şouların 110-cu ildönümü ilə bağlı müraciətində Tramp Osmanlı İmperiyasında ermənilərə qarşı “medz yeghern” - “böyük qırğın” törədildiyini deməklə kifayətlənib və erməni mediasının yazdığı kimi, “soyqırım” ifadəsini işlətməkdən bir daha çəkinib.
“Bu gün biz medz yegherni xatırlayır və 20-ci əsrin ən dəhşətli fəlakətlərindən birində əziyyət çəkən insanların xatirəsini ehtiramla yad edirik”, deyən ABŞ prezidenti 1915-ci ildən başlayaraq, Osmanlı İmperiyasının son illərində “bir milyon yarım erməninin guya qovulduğu və ya öldürüldüyü barədə saxta iddiaları təkrarlamaqla erməni diasporunu sakitləşdirməyə çalışıb. Həmçinin, “bu Anım Günündə biz bir daha Amerikada və dünyanın müxtəlif yerlərində yaşayan geniş erməni icmasına qoşularaq, çoxlu sayda həlak olanlar üçün yas tuturuq”, əlavəsini edib.
Yekunda isə “Davamlı rifah və təhlükəsizlik üçün səylərimizi davam etdirərək, Ermənistanla strateji tərəfdaşlığımızı davam etdirməyi və regionda sabitliyi dəstəkləməyi səbirsizliklə gözləyirik”, - deyə Donald Tramp müraciətində bildirib.
Musavat.com
25 Aprel 2025
24 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ