İnsanlara hürriyət, millətlərə istiqlal!

“Şöşü” ləqəbli məşhur aktyor itkin düşməsindən danışdı - VİDEO

“Şöşü” ləqəbi ilə tanınan məşhur aktyor Ramil Babayev uşaqlıqda itkin düşərək Kiyevə qaçmasından danışıb.

Musavat.com Oxu.az-a istinadən xəbər verir ki, bu barədə o, ATV-də yayımlanan “Bir balaca oyun” verilişində qonaq olarkən söz açıb.

Uşaq vaxtı çox dəcəl olduğunu vurğulayan aktyor babasıgilə getmək məqsədilə gizlicə mindiyi vaqonla yanlışlıqla Kiyevə qədər gedib çıxdığını vurğulayıb:

“Mənim şəklimi “evdən çıxdı və bir daha geri qayıtmadı” qeydi ilə AZTV-də göstərmişdilər. O vaxt da telefon yox idi ki, zəng edəsən. Hər yerdə məni axtarırdılar, itkin düşmüşdüm”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR