Onlayn ictimai-siyasi qəzet
Sosial şəbəkələrdə kriminal aləmi təbliğ edən səhifələr artmaqdadır. Bu səhifələrdə müxtəlif mahnılar, videolar və fərqli işarələr nümayiş olunur.
Musavat.com Xəzər TV-yə istinadən bildirir ki, son vaxtlar bu cür paylaşımların sayı artıb. Vətəndaşlar bu təbliğatların azyaşlı uşaqlar üçün ciddi təhlükə yaratdığını bildirirlər.
Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, sözügedən səhifələrlə bağlı araşdırmalar aparılır. Nazirlik, həmçinin qeyd edib ki, son iki ayda 100-ə yaxın belə səhifənin administratorları polis tərəfindən müəyyən olunub və barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Ətraflı süjetdə:
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ