Onlayn ictimai-siyasi qəzet
Kriminal hadisələrin ünvanına çevrilmiş Ermənistan paytaxtında yenə də qan tökülüb.
Musavat.com bildirir ki, növbəti hadisə dünən axşam saatlarında baş verib.
Saat 22:20 radələrində vətəndaşlar tərəfindən azyaşlının meyitinin Mikaelyan Cərrahiyyə Mərkəzinə çatdırılması barədə əməliyyat məlumatı daxil olub.
Shamshyan.com saytının məlumatına görə, polis və patrul xidmətinin əməkdaşları 2 saata yaxın davam edən əməliyyat-axtarış tədbirləri nəticəsində qətlin törədildiyi yeri müəyyənləşdiriblər. Hadisə Kanaker rayonunda Xaçatur Abovyan ev-muzeyinin yanında baş verib. Orada, həmçinin 5-ci küçədə bir sıra evlərin yaxınlığında qanlı ayaq izləri aşkar edilib.
Polis və patrul əməkdaşları hadisənin baş vermə şəraitini müəyyənləşdirərkən Tibb Mərkəzindən iki yaralı vətəndaşın onlara gətirildiyi barədə xəbər daxil olub.
Polis və patrul əməkdaşları hadisənin baş vermə şəraitini müəyyənləşdirərkən Wigmore Tibb Mərkəzindən iki yaralı vətəndaşın onlara gətirildiyi barədə xəbər daxil olub.
Ölənlərin və yaralananların şəxsiyyəti müəyyənləşdirilir.
Musavat.com
20 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ