İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağstafada toydan 2 yaşlı uşağı qaçıran şəxs saxlanıldı

Toydan 2 yaşlı uşağı qaçıran şəxsi polis saxlayıb.

Aprelin 19-da Ağstafa rayon Aşağı Göycəli kəndi ərazisində keçirilmiş toy mərasimindən 2 yaşlı qız uşağının qaçırılması barədə məlumatlar yayılıb.

Məlumata görə, 57 yaşlı Telman Omarov uşağı qaçıraraq yaşadığı evə gətirib, onu almaq üçün gələn valideynlərinin üzərinə həyətdə saxladığı iti buraxıb.

Sərxoş vəziyyətdə olan kişi polis əməkdaşları tərəfindən saxlanılıb, uşaq valideynlərinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.**report.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Aprel 2025

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR