İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya HƏRƏKƏTƏ KEÇDİ: Bu ölkə qırıcıları havaya qaldırdı - ŞOK

Bu həftə Rusiyaya məxsus “İlyuşin Il-20M” tipli kəşfiyyat təyyarələrinin NATO sərhədlərinə həddən artıq yaxınlaşması nəticəsində Britaniyanın “Typhoon” qırıcıları iki ayrı insidentlə bağlı təcili olaraq havaya qalxıb.

Musavat.com xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti məlumat yayıb.

Belə ki, çərşənbə axşamı Polşadakı Malbork hava bazasında yerləşdirilmiş iki “Typhoon” qırıcısı Baltik dənizi üzərində Rusiya kəşfiyyat təyyarəsini qarşılayıb. Bundan 48 saatdan da az müddət sonra Kalininqraddan qalxan başqa bir təyyarəni qarşılamaq üçün daha iki “Typhoon” havaya qaldırılıb.

Böyük Britaniya müdafiə nazirinin müavini Lyuk Pollard “The Telegraph”a verdiyi açıqlamada bildirib ki, bu təyyarələr 3 həftə əvvəl İsveç Hərbi Hava Qüvvələri ilə birgə keçirilən müdafiə əməliyyatı çərçivəsində Polşaya yerləşdirilmiş 6 təyyarədən ibarət bir eskadrilyanın tərkib hissəsidir.

Adətən Şotlandiyanın Lossimut şəhərində yerləşən RAF bazasında xidmət edən bu təyyarələri təxminən 200 nəfər britaniyalı hərbi personal müşayiət edir.

İngiltərə mətbuatının qeyd etdiyinə görə, Rusiya NATO ölkələrinin hava müdafiəsini yoxlamaq məqsədilə getdikcə daha aqressiv davranış sərgiləyir. Məlumata əsasən, ötən ilin noyabr ayında Lossimut bazasından havaya qalxan iki qırıcı Böyük Britaniya hava məkanına yaxınlaşan Rusiya bombardman təyyarəsini qarşılayıb.

Bu ilin fevral ayında isə Norveç Hərbi Hava Qüvvələri Arktik bölgədə Kremlə məxsus iki bombardmançı və onları müşayiət edən döyüş təyyarələrini qarşılayıb, bunun üçün F-35 qırıcılarından istifadə olunub.

Avropa ölkələri Donald Trampın ABŞ-ın qitədəki hərbi dəstəyini azalda biləcəyi ilə bağlı verdiyi siqnallardan sonra öz hava müdafiə sistemlərini gücləndirmək istiqamətində addımlar atmağa başlayıblar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR