İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölülərin cəsədlərini YEYƏNLƏR: Heç kim onları dayandırmır

Dünyada elə insanlar var ki, həm görünüşləri, həm də davranışları qəribədir. Bəzən onların hərəkətləri tamamilə adekvatlıqdan uzaq olur, amma qanun sanki onlara aid deyil. Ətrafdakı insanlar isə bu vəziyyətə adi hal kimi yanaşırlar. Bəs niyə onlara hər şeyə icazə verilir? Görəsən, onlar doğrudan da müqəddəs hesab olunur?

Musavat.com xəbər verir ki, bu haqda REN TV kanalında yayımlanan “İnanılmaz maraqlı hekayələr” verilişində Aleksey Korzin və Vladislav Ryabov məlumat veriblər.

Nepalda "müqəddəs dəlilər"ə niyə hər şeyə icazə verilir?

Hər il Şiva bayramında Nepaldakı məşhur Paşupatinat məbədinə dörd min yoxsul axışır. Onlar sədəqə ilə dolanır, küçədə yatır, məbədə çılpaq girə bilər, hətta küçənin ortasında ehtiyaclarını ödəyə bilərlər. Amma onlara hər şey bağışlanır. Çünki bu insanlar Tanrıların yer üzündəki təcəssümü hesab olunurlar.

Bunun səbəbi sadədir, onlar özlərini əziyyətə salaraq bədənlərini məhrumiyyətə məruz qoyurlar. İnanılır ki, Tanrılar məhz belə insanlara daxil olurlar. Onların mistik güclərə malik olduqları və bircə dua ilə insanların taleyini dəyişə bildikləri iddia olunur.

Qeyd edək ki, bu cür insanlar tarixən bizim coğrafiyada da mövcud olub.

Sadhu necə olunur?

Sadhu olmaq üçün təcrübəli bir sadhu tərəfindən dini bir ayindən keçmək lazımdır. Bu prosesdə guru (müəllim) ona xüsusi bir mantra və meditasiya üçün səslər verir, həmçinin gizli bir ad ötürür.

Hindistanda təxminən 4-5 milyon sadhu var. Bunlar arasında xüsusilə tanınan və məşhur olanları da var. 

Asan qazanc üçün nələrə əl atılır?

Bəzən bu "müqəddəs dəlilər" arasında dələduzlar da olur. Onlar özlərini sadhu və ya yurodivi kimi göstərərək pul dilənirlər. Bəzi hallarda isə sədəqə toplamaq üçün özlərinə ciddi xəsarətlər yetirirlər. Hindistanda hətta gizli təşkilatlar mövcuddur ki, bu təşkilatlar müəyyən bir məbləğ qarşılığında sağlam insanı “müqəddəs əlil”ə çevirirlər.

Hindistanın ən qorxulu sadhuları

Hindistanın şəhərlərində çılğın insanların üzərində nəzarət yoxdur. Bu səbəbdən sadhulara, dilənçilərə və adi fırıldaqçılara istənilən hərəkətə icazə verilir, bəzən isə bu, ağlabatan hüdudları aşır.

Ən qorxulu sadhular “Aghori” sektasının üzvləridir. Bu sektanın adı “qorxmazlar” deməkdir. Onlar tanrı Şivaya ibadət edirlər və inanırlar ki, mənəvi maariflənmə yalnız anarxiya yolu ilə əldə edilə bilər.

“Aghori sektasının üzvləri meditasiya edir və bədənlərini ölülərin külü ilə örtürlər. Onlar adətən Varanasi şəhərində, Qanq çayının sahilində yerləşirlər və ölülərin cəsədlərini çaydan çıxararaq dini ayinlər keçirirlər. Onlar ölülərin ətini yeməkdən çəkinmirlər və hətta ölü adamın kəllə sümüyündən su içə bilərlər”, – deyə mədəniyyətşünas Nikolay Pronev izah edib.

“Aghori” sektasının üzvləri

Yerli əhali aghorilərdən qorxur və onlardan uzaq durmağa çalışır. Lakin, amerikalı jurnalist Reza Aslan bu “qorxmazlarla” daha yaxından tanış olmaq istəyib və canlı yayımda insan beynini yeməklə onlarla birlikdə nahar edib. 

Reza Aslan bu görüntülərlə məşhurlaşmaq istəyirdi, amma nəticə əksinə oldu. O, sosial şəbəkələrdə sərt tənqidlərlə qarşılaşdı və bu səbəbdən televiziya karyerasını bitirmək məcburiyyətində qaldı.

Amma aghorilərin özləri cəzasız qalır. Hindistan qanunları hannibalizmi qadağan etsə də, yerli hakimiyyət bu hadisələrə göz yumur. Axı, onlar Şivanın xalqıdır – birdən dağıdıcı tanrı qəzəblənər?

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR