İnsanlara hürriyət, millətlərə istiqlal!

Qida asılılığı təhlükəli nəticələrə səbəb ola bilər

Qida asılılığı, fərdin nəzarətdən çıxaraq emosional təsirlərlə həddindən artıq yemək istəyi yaşaması kimi xarakterizə olunur.

Diyetoloq Şevval Işıklı bu halın həm fiziki, həm də psixoloji baxımdan ciddi nəticələrə yol aça biləcəyini bildirib və peşəkar müdaxilənin vacibliyinə diqqət çəkib.

Aclıq deyil, duyğusal ehtiyac

Diyetoloq Işıklı qeyd edir ki, bu problem yalnız aclıqla bağlı deyil. Əksinə, stress, narahatlıq, depressiya kimi psixoloji hallar da qida davranışlarını idarə edə bilər. Asılılıq formalaşdıqda insan istəmədən yeməyə yönəlir və bu, sağlamlıqla yanaşı, sosial həyatına da təsir edir.

Fiziki və psixoloji zərər

Qida asılılığı piylənmə, yüksək qan təzyiqi, şəkər və ürək xəstəlikləri kimi ciddi problemlərə yol aça bilər. Həzm və maddələr mübadiləsinə də mənfi təsir edir. Eyni zamanda, depressiya, narahatlıq və özünə hörmətin azalması kimi psixoloji vəziyyətlərlə müşayiət oluna bilər.

Genetik və kimyəvi təsirlər

Işıklıya görə, qida asılılığının yaranmasında genetik meyllər, emosional travmalar və dopamin balanssızlığı kimi faktorlar rol oynayır. Beynin mükafat mexanizmi pozulduqda, insan yeməkdən müvəqqəti xoşbəxtlik əldə etməyə çalışır.

Əlamətlərə diqqət edin

Yeməyə nəzarəti itirmək, pis hiss etdikdə yeməyə üz tutmaq, günahkarlıq hissi, gizli yemək vərdişi və yeməyin həyatın əsas mərkəzinə çevrilməsi əsas əlamətlərdəndir. Bu halların mütəmadi təkrarlanması artıq sadə vərdiş deyil, bir bağımlılıq göstəricisidir.

Səbəblər və risk qrupları

Emosional gərginlik, nizamsız həyat tərzi, yuxusuzluq, alkoqol istehlakı və genetik amillər risk faktorları sırasındadır. Işıklı əlavə edir ki, depressiya dövründə qida vasitəsilə rahatlama axtarışı bu prosesi daha da gücləndirə bilər.

Bəzi qidalar daha risklidir

Şokolad, çips və fast-food kimi yüksək şəkər və yağ tərkibli qidalar beynin dopamin ifrazını artıraraq, asılılıq hissini gücləndirə bilər. Bu növ qidalar emosional yemək ehtiyacını da artırır.

Qida asılılığından qorunmaq üçün tövsiyələr

Diyetoloq, emosional yemək vərdişlərini tanımağı, stresslə mübarizə üçün alternativ yollar (məsələn, idman, meditasiya) seçməyi və həyat tərzində dəyişikliklər etməyi tövsiyə edir. Qida ilə olan münasibəti şüurlu şəkildə qurmaq və peşəkar dəstək almaq bu yolda mühüm addımlardır.//E-saglam.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR