Onlayn ictimai-siyasi qəzet
Aprelin 21-22-də Türküstanda Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev və Türkmənistan Xalq Maslaxatının sədri Qurbanqulu Berdiməhəmmədov arasında qeyri-rəsmi görüş keçiriləcək.
Musavat.com xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Danışıqlar zamanı Qazaxıstan-Türkmən strateji tərəfdaşlığının daha da möhkəmləndirilməsi perspektivləri, o cümlədən regional gündəliyin cari məsələləri müzakirə olunacaq.
Cavanşir ABBASLI
Musavat.com
20 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ