Onlayn ictimai-siyasi qəzet
İran ordusunun quru qoşunlarının komandanı, briqada generalı Kiumars Heydari silahlı qüvvələrin arsenalında öz istehsalı olan süni intellektə əsaslanan çox məxfi silahlara malik olduğunu açıqlayıb.
Musavat.com xəbər verir ki, bu barədə briqada generalı PressTV-yə istinadən bildirib.
"Bizim ən müasir silahlarımız var, bəziləri məxfi və hətta çox məxfidir. Bunlar süni intellektdən istifadə edən son dərəcə mürəkkəb sistemlərdir. Onlar hələ də adi silahlar kimi təsnif edilsə də, onların imkanları müstəsnadır", - Kiumars Heydari qeyd edib.
Cavanşir ABBASLI
Musavat.com
20 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ