İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə keçirilən seçki sorğusunda İLGİNC NƏTİCƏ - FOTO

Türkiyənin ORC araşdırma şirkəti 14-17 aprel tarixlərində 28 vilayətdə 3290 nəfər arasında keçirilən sorğunun nəticələrini açıqlayıb.

Musavat.com-un Türkiyə mətbuatına istinadla xəbərinə görə, müxalifətin növbədənkənar seçki çağırışları davam etdiyi bir vaxtda keçirilən son sorğudan diqqətçəkən nəticələr ortaya çıxıb.

Belə ki, sorğu iştirakçılarına “Bu bazar seçki olsa, hansı partiyaya səs verərdiniz?” sualı ünvanlanıb.

Nəticələr aşağıdakı kimidir:

• CHP – 30,4%
• AK Parti – 28%
• MHP – 7,6%
• DEM Partiyası – 7,3%
• İYİ Parti – 5,1%
• Zəfər Partiyası – 4,7%
• Yenidən Rifah Partiyası – 3,9%
• Gələcək Partiyası – 2,8%
• Demokratiya və Sıçrayış Partiyası (DEVA) – 2,7%
• BBP (Böyük Birlik Partiyası) – 2,2%
• YMP (Yeni Məsuliyyət Partiyası) – 1,7%
• TİP (Türkiyə İşçi Partiyası) – 1,5%
• Digər partiyalar – 2,1%

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR