Onlayn ictimai-siyasi qəzet
Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən Laçın yolu ilə Rusiya sülhməramlı kontingentinin müşayiəti altında hərəkət edən mülki kolonun atəşə tutulması barədə yayılan məlumatın heç bir əsası yoxdur və dezinformasiya xarakteri daşıyır.
Bu barədə Musavat.com-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
"Bu əsassız iddianı qəti surətdə təkzib edirik", - nazirlikdən qeyd olunub.
05 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ