Onlayn ictimai-siyasi qəzet
Alimlər Herkulanum kitabxanasında tapılmış qədim papiruslardan birini süni intellektin köməti ilə virtual şəkildə açmağı bacarıblar.
Musavat.com BBC -yə istinadla bildirir ki, bu əlamətdar hadisə Vezuvi vulkanının 79-cu ildə püskürməsi zamanı kül altında qalan qədim Roma şəhəri olan Herkulanumun tarixi irsini daha dərindən öyrənməyə imkan yaradır.
Unikal kitabxana
Herkulanumun villalarından birində yerləşən “Papiruslar villası” 1800-dən çox qədim svitki (əl yazmasını) qoruyub saxlayıb. Bu kitabxana antik dövrün tam şəkildə qorunub saxlanmış yeganə kitabxanası hesab olunur.
İlk dəfə XVIII əsrdə arxeoloqlar tərəfindən aşkar edilən bu papiruslar vulkanik istilik və kül nəticəsində kömürə çevrildiyindən indiyə qədər onların açılması və oxunması mümkün olmurdu. Lakin yeni texnologiyalar sayəsində tədqiqatçılar svitklərin daxili mətnini virtual olaraq oxumağa nail olublar.
Bu kəşf, qədim Roma dövrünün ədəbiyyatı, fəlsəfəsi və elmi bilikləri haqqında yeni məlumatların əldə olunmasına imkan yaradacaq. Alimlər bu texnologiyanın gələcəkdə digər qədim əlyazmaların açılması üçün də istifadə ediləcəyinə inanırlar.
Musavat.com
06 Fevral 2025
05 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ