Onlayn ictimai-siyasi qəzet
Moskvanın mərkəzində teatr binasında yanğın baş verib
Musavat.com xəbər verir ki, Rusiyanın paytaxtı Moskvanın mərkəzində, Novinsk bulvarında yerləşən Moskva Açıq Tələbə Teatrı (МОСТ) binasında yanğın baş verib.
Məlumata görə, yanğın saat 20:30 radələrində binanın zirzəmisində başlayıb. Hadisə nəticəsində güclü tüstülənmə qeydə alınıb və binada olanlar təhlükəsizlik məqsədilə təxliyə edilib.
Hadisə yerinə dərhal yanğınsöndürənlər cəlb olunub. İlkin məlumatlara əsasən, xəsarət alan yoxdur.
Musavat.com
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ