Onlayn ictimai-siyasi qəzet
BMT Baş katibi beynəlxalq hüququn pozulmasının qarşısını almağa və üzv dövlətlərə bunu dəstəkləmək üçün vəzifələrini yerinə yetirməyə çağırır.
“Report”un ABŞ bürosu xəbər verir ki, bunu Baş katibin sözçüsü Stefan Dujarrik ABŞ Prezidenti Donald Trampın Qəzza zolağını Birləşmiş Ştatların nəzarətə götürməyi nəzərdə tutuduğuna dair açıqmasına münasibət bildirərkən deyib.
S.Dujarrik bildirib ki, məsələnin müzakirəsi üçün A.Quterreş və D.Tramp arasında telefon danışığı üçün Baş Katibliklə ABŞ hökuməti arasında əlaqə qurulub: “Həll yolları axtararkən bizim tapdığımız hər hansı yol beynəlxalq hüququn təməlində dayanmalıdır”, - sözçü əlavə edib.
Qeyd edək ki, D.Tramp fevralın 4-də İsrailin baş naziri Benyamin Netanyahu ilə birgə keçirdiyi mətbuat konfransında Qəzza zolağı ilə bağlı gözlənilməz təklif irəli sürüb. O, qeyd edib ki, Birləşmiş Ştatlar fələstinlilərin ərazidən çıxarılmasını və bölgəni nəzarətə götürərək onu iqtisadi baxımdan inkişaf etdirib, müxtəlif xaqların sülh şəraitində yaşaya biləcəyi mükəmməl məkana çevirməsini nəzərdə tutur.
06 Fevral 2025
05 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ