İnsanlara hürriyət, millətlərə istiqlal!

"Paşinyan onunla görüşmək üçün tələsir" - Ağacanyan AÇIQLADI

Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ-a səfəri "seyr etmə" kimi xarakterizə oluna bilər.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın fövqəladə və səlahiyyətli səfiri Dzünik Ağacanyan danışıb.

Onun sözlərinə görə, burada əsas olan Tramp üçün erməni icmasının daxili siyasi faktor kimi Paşinyanla müqayisədə nə qədər önəmli olduğu məsələsidir.

"Donald Trampın həm Azərbaycan, həm də Ermənistanla bağlı siyasəti hələ tam olaraq formalaşmayıb. Problem isə maraqların mürəkkəb qarışığındadır: bir tərəfdən Ermənistan Yaxın Şərqdə Türkiyənin tələblərini saxlamaq üçün vasitə olaraq əhəmiyyətlidir, digər tərəfdən, Türkiyə və onun qardaşı Azərbaycan, həmçinin İran qarşısında hərəkət etmək potensialına malikdir", - deyə Dzünik Ağacanyan qeyd edib.

Ağacanyana görə, hazırda mövqelərin aydınlaşdırılması prosesi gedir, buna görə də Paşinyan Trampla görüşmək üçün tələsir:

"Ermənistan hakimiyyəti dövlətin idarəçisi olaraq mövqelərini qorumaq üçün necə davranmalı olduqlarını anlamağa çalışır. Hesab edirəm ki, bu dövr ölkə daxilində mobilizasiyanı təmin etmək və bu hakimiyyətdən qurtulmaq üçün yaxşı bir fürsətdir".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR