İnsanlara hürriyət, millətlərə istiqlal!

Quantanamo kabusu yenidən başladı

ABŞ Kubada yerləşən Quantanamo hərbi bazasına yenidən məhkumları göndərməyə başlayıb.

Musavat.com xəbər verir ki, artıq miqrantları daşıyan ilk təyyarə adaya enib.

ABC kanalının məlumatına görə, təyyarə Texas ştatından qalxıb və Quantanamoya bir neçə miqrant, o cümlədən Venesuelada yaranan "Tren de Aragua" adlı cinayətkar qrupunun 10 üzvünü gətirib.

ABŞ prezidenti Donald Tramp əvvəllər Pentaqona və Daxili Təhlükəsizlik Nazirliyinə Quantanamodakı müvəqqəti miqrant mərkəzini "tam doldurulana qədər" genişləndirməyi tapşırıb. Sənədin mətninə görə, mərkəzdə ABŞ-da qeyri-qanuni olan, ən təhlükəli cinayətkarların saxlanılması üçün əlavə yer təmin edilməlidir.

Tramp Ağ Evdə çıxış edərkən bildirib ki, onun planlarına əsasən, Quantanamoya 30 minə qədər qeyri-qanuni miqrantın köçürülməsi mümkündür.

Quantanamo hərbi bazasında 2002-ci ildə ABŞ-ın 43-cü prezidenti Corc Buş tərəfindən həbsxana yaradılıb. Bu həbsxanaya Əfqanıstanda və digər terrorizmə qarşı əməliyyatlarda tutulmuş şəxslər göndərilirdi.

Quantanamo məhbusları faktiki olaraq hüquqi boşluqda olub və bu da onlara qarşı müxtəlif işgəncə hallarının törədiləməsinə şərait yaradıb. Buşun varisi Barak Obama prezident vəzifəsini yerinə yetirməyə başladıqdan dərhal sonra - 22 yanvar 2009-cu ildə xüsusi həbsxananın 12 ay ərzində bağlanması haqqında fərman imzalayıb.

Lakin Quantanamo düşərgəsi hələ də fəaliyyət göstərir və bununla bağlı Vaşinqtonun ünvanına hüquq müdafiəçilərindən sərt tənqidlər gəlir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Fevral 2025

05 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR