Onlayn ictimai-siyasi qəzet
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin İstanbul təşkilatının iftar proqamında çıxış edərək bir sıra mühüm açıqlamalar verib.
Musavat.com-un məlumatına görə, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun məhkəməsi ilə əlaqədar Ərdoğan bu sözləri deyib:
"Bizim bələdiyyələr korrupsiyaya dəstək verməyəcək. Bələdiyyələrimiz haqsızlığa dözməyəcək. Nəyin doğru, nəyin halal, nəyin haram olduğunu bilməklə xalqına xidmət edəcək".
"Müxalifət nə etsə də, biz heç vaxt sağlam düşüncədən, səbrdən, sakitlikdən əl çəkməyəcəyik. 4 gün ərzində onlar xalqın rahatlığını pozmaq və millətimizi parçalamaq üçün əlindən gələni etdilər. Polisimizə hücumlardan, məhkəmə orqanlarımızı hədələməkdən, küçə terroru ilə milli iradəni sındırmağa qədər hər şeyi etdilər. Media ilə təhdid edərək, öz ruh halını nümayiş etdirirlər", - deyə Ərdoğan əlavə edib.
O, Cümhuriyyət Xalq Partiyasının bir dəstə oğru üçün pul yuyan maşına çevrildiyini bildirib.
Musavat.com "Haber Global" kanalına istinadla görüntüləri təqdim edir.
Musavat.com
25 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ