Onlayn ictimai-siyasi qəzet
Ermənistan Qara dənizin dibi ilə çəkiləcək enerji kabeli layihəsində iştirak üçün özünə uyğun format müəyyən edib.
Musavat.com xəbər verir ki, layihə Azərbaycanın və Rumıniyanın enerji sistemlərini Gürcüstan ərazisindən keçməklə birləşdirəcək və daha sonra Macarıstana qədər uzanacaq. Bu barədə Ermənistanın Ərazi İdarəetmə Nazirliyinə istinadən yerli KİV məlumat yayıb.
Rəsmi qoşulma yalnız Ermənistanın Gürcüstan və layihənin digər iştirakçı ölkələri — Azərbaycan, Rumıniya və Macarıstan ilə niyyət protokolu (memorandumu) imzalamasından sonra mümkün olacaq.
Ermənistanın qəbul etdiyi iştirak formatına görə, xüsusi iştirakçı şirkət yaradılacaq. Bu şirkət layihədə müəyyən paya, kabelin ötürmə gücündə kvotaya və investisiya öhdəliklərinə sahib olacaq.
“Xəzər–Qara dəniz–Avropa” (Black Sea Energy) enerji dəhlizinin istifadəyə verilməsi 2032-ci ilə planlaşdırılır. Layihə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirir.
Musavat.com
14 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ