İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın “Qızıl günbəz”i: 4 pilləli raketdən müdafiə planı!

Tramp administrasiyasının planlaşdırdığı “Qızıl günbəz” raketdən müdafiə sistemi dörd səviyyəli olacaq.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, onlardan biri kosmosda, üçü isə quruda yerləşdiriləcək.

Yerüstü müdafiə xətti 11 ədəd qısa mənzilli batareya, radiolokasiya sistemləri və ehtimal ki, lazer qurğularından ibarət olacaq. Bu infrastrukturun ABŞ materikində, Alyaskada və Havay adalarında yerləşdirilməsi nəzərdə tutulur.

Sistemin ilkin dəyəri 175 milyard dollar olaraq qiymətləndirilir. Lakin buraxılış qurğularının, raket tutucuların, yerüstü stansiyaların və raket meydançalarının dəqiq sayı hələ müəyyən edilmədiyi üçün ümumi xərclərin artması istisna edilmir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR