İnsanlara hürriyət, millətlərə istiqlal!

Laricani Beyrutda - Livan rəsmiləri onu QƏBUL ETMİR

Livanın xarici işlər naziri Yusif Raci Tehranın "Hizbullah"ın tərksilah edilməsi səylərini tənqid etməsindən narazı qalması fonunda, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ilə görüşdən imtina edə bilər.

Musavat.com xəbər verir ki, bu barədə Livan mediası məlumat yayıb.

"Hona Lebanon" mənbələrə istinadən yazır ki, Livanın baş naziri Navaf Salam İran rəsmilərinin "Hizbullah"ın tərksilah edilməsini rədd edən bəyanatlarından hökumətin narazılığını Tehrana çatdıracaq.

Beyrut bu bəyanatları ölkənin daxili işlərinə açıq müdaxilə kimi qiymətləndirir.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani isə artıq Beyruta gəlib və hazırda Livan prezidenti Cozef Aun ilə görüşür. Laricani paytaxta gəldikdən sonra Tehranın "Livanı dəstəkləməyə və maraqlarını qorumağa davam edəcəyinə" söz verdiyini bildirib.

Ötən həftə Livan hakimiyyəti, Tehranın kəskin tənqidinə baxmayaraq, orduya "Hizbullah"ı tərksilah etmək göstərişi verib.

"Al-Liwaa" nəşri isə xəbər verir ki, xarici işlər naziri Yusif Raci Laricani ilə görüşmək niyyətində deyil və onun ümumiyyətlə Beyruta gəlməməsinə üstünlük verir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR