Onlayn ictimai-siyasi qəzet
Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) bəyan edib ki, Avropa Komissiyası Macarıstanda hakimiyyət dəyişikliyini hədəfləyir.
Musavat.com xəbər verir ki, xidmətin məlumatına görə, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen “Budapeşt rejiminin dəyişdirilməsi” ssenarilərini ciddi şəkildə nəzərdən keçirir.
Peter Madyar
SVR iddia edir ki, Baş nazir postuna əsas namizəd kimi Macarıstan müxalifətinin lideri Peter Madyar nəzərdə tutulur. Plana görə, o, 2026-cı ilin baharında keçiriləcək parlament seçkilərində, bəlkə də daha əvvəl hakimiyyətə gətiriləcək.
Mənbə əlavə edib ki, Madyarın dəstəklənməsi üçün artıq əhəmiyyətli maliyyə, inzibati, media və lobbi resursları səfərbər olunub. Bundan başqa, Brüsselin tapşırığı ilə Macarıstan hökumətinin “demonte edilməsi” kampaniyasına Ukraynanın da fəal qoşulduğu bildirilir. Səbəb isə Budapeştin Kiyevin Avropa İttifaqına inteqrasiya prosesini bloklamasıdır.
Musavat.com
16 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ