Onlayn ictimai-siyasi qəzet
Almaniya kansleri Olaf Şolts Donald Trampın Qəzza sakinlərini Misir və İordaniyaya köçürmək təklifini qətiyyətlə rədd edib.
"Mən prezident Trampın irəli sürdüyü təklifi tamamilə rədd edirəm. Qəzza əhalisini Misirə və İordaniyaya köçürməməliyik", – deyə Şolts bildirib.
Musavat.com-un məlumatına görə o əlavə edib ki, Yaxın Şərqdə gərginliyin daha da artmasının qarşısını almaq və Fələstin ilə İsrail arasında dinc birgəyaşayışı təmin etmək üçün bütün səylər göstərilməlidir.
Musavat.com
07 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ