Onlayn ictimai-siyasi qəzet
“İsrail Avropadan ona olan basqılara cavab kimi kəşfiyyat əməliyyatı ilə hesabatların ortaya çıxmasına nail oldu. Söhbət Avropa Liderlik Şəbəkəsi (ELNET) tərəfindən yayımlanan hesabatlardan gedir və yüksək ehtimalla Avropa ölkələrində fəaliyyət göstərən HƏMAS-a bağlı təşkilatlar və şəxslərin geniş şəbəkəsinin ifşasında İsrail kəşfiyyatının da rolu olub”.
Musavat.com xəbər verir ki, bunu siyasi təhlilçi Aqşin Kərimov öz sosial media hesabında bildirib.
O qeyd edib ki, HƏMAS-ın təşkilatlanması və maliyyələşdirilməsi Yaxın Şərq siyasətində təkcə İran üçün deyil, həm də regionda maraqları olan digər güclər üçün də lazımlıdır:
“HƏMAS-a dəstək olan qüvvələri mötədilləşdirməyə məcbur etmək İsrailin indiki siyasətinin aparıcı xəttinə çevrilib. Sinvarın ölümü İsrailin maksimalist ideallarını stimullaşdıracaq bir aktdır və tədricən hətta HƏMAS-a dəstək olan dövlətlər Təl-Əvivlə güzəşt masasına oturmağa məcbur ola bilər.
İsrailin Sinvarın ölümünü zamanlaması İranın kəşfiyyat xidmətlərinin tənqidlərlə üzləşməsi fonunda maraq kəsb edir.
İsrail İranda SEPAH-a daxili şübhə trayektoriyasını yönləndirmək və onu şiddətləndirməklə Tehranı daxildən zəiflədən kodeksini işə salır. Yəni İran İsrail agentlikləri ilə əməkdaşlıqda ittiham olunan kəşfiyyat rəsmiləriylə bağlı bir sıra yüksək səviyyəli iddialarla üzləşdiyi zamanda Sinvarın ölümü bu prosesə əlavə rəng qatacaq. İsrailin İran və onun proksi oxlarına qarşı bu qədər hücumundan sonra İranın daxilində hakimiyyətdaxili rəqabətdə qazanclı çıxan əsas şəxs Seyid Əli Xameneidir”.
Afaq Mirayiq,
Musavat.com
06 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ