İnsanlara hürriyət, millətlərə istiqlal!

Əraqçi Qrossini ABŞ ilə danışıqlar barədə məlumatlandırıb

İranın xarici işlər naziri Abbas Əraqçi ilə Vaşinqtonda olan Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) baş direktoru Rafael Qrossi arasında dünən axşam telefon danışığı olub.

"Report" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, danışıqlar zamanı A.Əraqçi İranın problemi diplomatik yollarla həll etmək niyyətini vurğulayıb. Daha sonra o, R.Qrossini ABŞ ilə davam edən birbaşa olmayan danışıqlar barədə məlumatlandırıb.

R.Qrossi isə öz növbəsində, İranın məsuliyyətli yanaşmasını təqdir edib və Agentliyin IAEA Nizamnaməsi çərçivəsində öz vəzifələri və mandatı daxilində hər cür lazımi dəstəyi göstərməyə hazır olduğunu vurğulayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR