Onlayn ictimai-siyasi qəzet
"World Car of the Year" (İlin Beynəlxalq Avtomobili) müsabiqəsinin münsiflər heyəti 2025-ci ilin qaliblərini açıqlayıb.
Musavat.com xəbər verir ki, bu barədə "Drom.ru" məlumat yayıb.
Ən yaxşı avtomobil adına "Kia EV3" elektromobili layiq görülüb.
"Kia EV3"
"Kia EV3" toplanan xalların cəminə görə "BMW X3" və "Hyundai Inster" modellərini geridə qoyub.
"BMW X3"
"Hyundai Inster"
Müsabiqənin digər nominasiyaları üzrə qaliblər isə aşağıdakılardır:
Şəhər avtomobili: "BYD Seagull"
Lüks sinif: "Volvo EX90"
İdman avtomobili: "Porsche 911 Carrera GTS"
Ən yaxşı elektrik avtomobili: "Hyundai Inster"
Dizayn: "Volkswagen ID. Buzz"
Avtomobil sənayesinin siması nominasiyasında isə BYD şirkətinin rəhbəri Stella Li qalib seçilib.
Qaliblərin təltifetmə mərasimi 16 aprel tarixində Nyu-York Beynəlxalq Avtomobil Sərgisi çərçivəsində baş tutub.
Qeyd edək ki, "World Car of the Year" mükafatı 2005-ci ildən etibarən təqdim olunur. Müsabiqə Kanadada yerləşən qeyri-kommersiya təşkilatı tərəfindən təşkil edilir. Münsiflər heyətini əsasən dörd qitədən (Afrika və Antarktida istisna olmaqla), o cümlədən Birlik ölkələrindən, keçmiş Britaniya dominiumları və koloniyalarından olan avtomobil jurnalistləri təmsil edir.
İqbal RZAYEV,
Musavat.com
23 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ