İnsanlara hürriyət, millətlərə istiqlal!

Döyüşə qocalar gedir - TDT-nin ağsaqqalları Lefkoşaya toplaşır

Yunan Kiprində anti-Türkiyə aksiyaları başlayıb; Rum Kilsəsinin arxiyepiskopu türkləri adadan qovmağa çağırıb

1-2 may tarixlərində Şimali Kipr Türk Cümhuriyyətinin Lefkoşa şəhərində Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının 17-ci iclası keçiriləcək. Bu barədə TDT məlumat yayıb. Qeyd olunub ki, iclasın əsas mövzusu Qazaxıstan, Özbəkistan və Türkmənistanın Cənubi Kiprdə diplomatik nümayəndəliklərlə bağlı qərarı olacaq.

Maraqlıdır ki, bu qərardan sonra yunan Kiprində anti-Türkiyə aksiyaları başlayıb.  Rum Ortodoks Kilsəsinin arxiyepiskopu Georgios türkləri Kiprdən qovmağa çağırıb: “Yunanıstan, Cənubi Kipr Rum İdarəsi və bütün Ellinizm türkləri qovmaq və vətəni xilas etmək üçün birlikdə mübarizə aparmalıdır”.

Onun bu sözlərinə Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar sərt cavab verib: “Kiprdə bir yerdə yaşamaq iddiasında olan bir partiyanın "zalım türklər", “türkləri qovmaq” kimi ifadələrlə xalqımızı hədəf alması nifrət və ayrı-seçkiliyin nə qədər ağır həddə çatdığını ortaya qoyur. Bu açıqlamalar təkcə bizi deyil, yunan xalqının həssas təbəqələrini də narahat etməlidir. Kipr türk xalqı bütün çətinliklərə baxmayaraq, bu illər ərzində barışıq axtarışlarından əl çəkməyib. Artıq heç kim bizdən onların dövləti, suverenliyi və ləyaqətini güzəştə getməyi gözləməməlidir".

Ersin Tatar qeyd edib ki, belə bəyanatlar təkcə Kipr türk xalqının hüquqlarına deyil, birbaşa varlığına yönəlmiş təhdidlərdir: “Görünür, keçmişin söyləmlər yeni formalarda təqdim edilir və "həll" adı altında xalqımızın varlığını və bərabərliyini gözdən salmaq istəyirlər. Tarixi düzgün oxumaq bu gün səsini çıxarmaq məsuliyyətindən başlayır. Yalnız Kipr Türk xalqının bərabərliyi, etibarı və hörməti əsasında mümkün ola bilər. O, bu yolun səbirli, şüurlu və qətiyyətli sahibidir".

Professor Toğrul İsmayıl: Azərbaycan Türkiyə ilə birlikdə regionun  geosiyasətini dəyişir - AZƏRTAC

Toğrul İsmayıl

Türkiyənin Sütçü İmam Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Toğrul İsmayıl “Yeni Müsavat”a açıqlamasında bildirib ki, istənilən ölkə BMT-nin üzvü olarsa, avtomatik olaraq təşkilatın qərarlarını qəbul etmiş olur. Onun sözlərinə görə, Mərkəzi Asiya ölkələrinin BMT TŞ-nin Şimali Kipr Türk Respublikasının qurulmasını qınayan və onu tanımamağa çağıran 541 və 550 saylı qətnaməni qəbul etməsi də bununla əlaqədardır: “Əlbəttə ki, bir vətəndaş kimi bu cür addımlar mənə də toxunur. Lakin bir mütəxəssis kimi düşündükcə görürsən ki, əslində bu qərarlar BMT-nin verdiyi qərarlardır. Türkiyə artıq üzv olduğu üçün etiraz edir, lakin yeni üzvlər bu qərarları qəbul etmək məcburiyyətindədir. Hər bir dövlətin öz maraqları var. Bunu Mərkəzi Asiya ölkələrinin xəyanəti kimi təqdim etmək doğru deyil. Siyasi maraqlar hər şeydən öndədir. Bunu diqqətsizlik, siyasi zəiflik və siyasi həssaslığın olmaması kimi dəyərləndirmək daha doğru olar. Dövlətlərarası münasibətlərdə bir çox şey diqqətdə saxlanılmalıdır.

 TDT-nin yaranmasının başlanğıcındayıq. Ona görə də bu cür xətaların olması normaldır. Nəzərə alaq ki, bəzi şeylər kağız üzərində qalır və qalmalıdır da.         

Mərkəzi Asiya ölkələrinin bu addımı yunan Kipri ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında qızışdırıcı rol oynamayacaq. Doğrudur, onlar arasında rəqabət artıb, lakin bu, qızışdırıcılığa əsas vermir. Türkiyədə də bu mövzuda mübahisələr duyğusal və siyasidir. Siyasi yanaşma iqtidara təzyiq vasitəsidir, duyğusal münasibət isə beynəlxalq hüququ, dövlətlərarası hüququ və münasibəti nəzərə almadan söylənilənlərdir. Onu söyləyənlər sabah dövlət başçıları özləri olsa, vəziyyəti necə həll edəcəkləri də o qədər asan məsələ deyil. Dediyim kimi, əlaqələr, bağlantılar o qədər mürəkkəbdir ki, prosesləri bir an içərisində həll etmək mümkün deyil. Türk respublikaları supergüclər deyil ki, hər an istədikləri addımları ata bilsinlər. Bu, bir reallıqdır. Türkiyə ŞKTC mövzusundə bu dövlətlərlə iş aparmalı, problemləri ortaya qoymalı və həll yollarını göstərməlidir. Lefkoşa şəhərində Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının 17-ci iclası bir mənəvi dəstək missiyası daşıyır və böyük rolu olmayacaq.

Mərkəzi Asiya ölkələri bu anlaşmaya imza atsa da, Azərbaycan atmadı. Ölkəmizin bu məsələdə həssas davranması Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyədə olduğunu göstərir. Azərbaycan Türkiyəni üzəcək bir addımı atmaq istəmir. Eyni şeyi biz Ermənistandan Suriyaya Türkiyə vasitəsilə yardım aparılanda gördük. Mərkəzi Asiya ölkələri ilə münasibətdə Azərbaycanla Türkiyə arasında olan bağ yoxdur. TDT-də belə bağlayıcı sənədlər, müqavilələr yoxdur, hər kəs sərbəstdir. Ona görə də o dövlətlərin xəyanət etdiyini demək doğru deyil. Əsas olan onların bundan sonrakı addımlarıdır".

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR