İnsanlara hürriyət, millətlərə istiqlal!

Simonyan Putindən 4 dəfə çox qazanıbmış

Rusiyanın qara təbliğatının əsas ruporlarından sayılan Marqarita Simonyanın qazancı ictimaiyyətdə maraq oyadıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, “RİA Novosti”, “Praym”, “Sputnik” radiosunu tərkibində birləşdirən “Rossiya Seqodnya” dövlət agentliyindəki vəzifəsinə görə 2021-ci ildə 20,9 milyon rubl (təxminən 305 min ABŞ dolları), “RT” telekanalını idarə etdiyi üçün isə 20,6 milyon rubl (300 min ABŞ dolları) alıb.

Bu məlumatlar Federal Vergi Xidmətinin məlumat bazasından daxil olub. Hər iki şirkətdə Simonyan baş redaktor vəzifəsini tutur. Maraqlıdır ki, Rusiya prezidenti Vladimir Putinin maaşı 2021-ci ildə 10,2 milyon (147 min dollar) təşkil edib. Hələ 2020-ci ildə Aleksey Navalnının rəhbərlik etdiyi Korrupsiyaya qarşı Mübarizə Fondu Marqarita Simonyanın “Şahzadə gölü” adlı kotec kəndində 900 metrlik malikanə aşkar etmişdi. Rəsmi kadastr çıxarışına əsasən, “RT”nin baş redaktoru hələ də bu mülkün sahibidir. Onun əri Tiqran Keosayanın gəlirləri Federal Vergi Xidmətinin məlumat bazasında tapılmır, lakin onun iki bankdakı hesablarının 157 milyon rubldan (təxminən 2 milyon 280 min ABŞ dolları) çox olduğu ortaya çıxıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR