İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyandan SON DƏQİQƏ açıqlaması - HAZIRIQ!

“Ermənistan malların və insanların öz ərazisindən keçidinin təhlükəsizliyini təmin etməyə hazırdır”.

Musavat.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya Hökumətlərarası Şurasının geniş tərkibdə iclası zamanı deyib.

Paşinyanın sözlərinə görə, Ermənistanın haradasa hansısa sənəddə vaxtilə üçüncü dövlətlərin öz ərazisində kommunikasiyaların təhlükəsizliyini təmin etməsinə razı olması barədə bəyanatlar reallığın təhrifidir. Eyni şey Ermənistanın regional kommunikasiyalarla bağlı suverenliyinin hansısa bir şəkildə məhdudlaşdırılmasına nə vaxtsa razılıq verdiyi bəzi şərhlərə də aiddir.

“Bu baş vermədi və bu, həm də reallığın açıq-aşkar təhrifidir”, - deyə Paşinyan bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR