İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ermənistanın gələcəkdəki baş naziri və ya prezidenti Paşinyanın qərarlarını tanımaya bilər...” - ŞƏRH

“Baş nazir Nikol Paşinyan BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı dedi ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalansa, onun məzmununun əsas qanuna uyğunluğunu yoxlamaq üçün saziş ölkənin Konstitusiya Məhkəməsinə göndəriləcək. Paşinyan Konstitusiya Məhkəməsinin sülh müqaviləsinin Ermənistan Konstitusiyasına zidd olduğu qənaətinə gələcəyi halda sülhə nail olmaq naminə Konstitusiya dəyişiklikləri zəruri olacağını bildirdi. Nikol Paşinyan Azərbaycanla sülhə nail olmaq üçün Konstitusiyada dəyişikliklərə hazır olduğuna işarə edib. Ancaq Paşinyan tərs istiqamətdən hərəkət etməyə qərar verib. O sanki Prezident İlham Əliyevə təklif edir ki, əvvəlcə sülh sazişini imzalayaq, bundan sonra Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasını ehtiva edən bənd çıxarılacaq”.

Elxan Şahinoğlu: “Bu fürsətdən yararlanmaq Pezeşkianın...”

Bu fikirləri Musavat.com-a “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib.

O xatırladıb ki, bundan əvvəl Ermənistan Konstitusiya Məhkəməsi dövlət sərhədinin delimitasiyası üzrə Ermənistan və Azərbaycan komissiyalarının işi haqqında Əsasnamənin ölkə Konstitusiyasına uyğun olduğunu bildirib: “Ermənistanda bunu Konstitusiya Məhkəməsinin faktiki olaraq Konstitusiyanın preambulasında Müstəqillik Bəyannaməsinə istinadı etibarsız saydığını göstərməsi kimi izah edirlər. Beləliklə, Paşinyan referendum keçirmədən Ermənistan Konstitusiyasının Azərbaycana aid hissəsinin hüquqi qüvvəsini faktiki itirməsinə nail olub. Ancaq bu tam həll deyil. Rəsmi Bakı məsələyə birdəfəlik son qoymaq üçün Emənistanda xalqın iştirakıyla referendum keçirilməsini təklif edib ki, gələcəkdə Ermənistana rəhbərlik edəcək heç bir şəxs Konstutisiyaya əsaslanaraq Azərbaycana qarşı ərazi iddiasını irəli sürə bilməsin. Rəsmi Bakı yarımçıq sülh sazişini imzalamaq istəmir. Çünki Ermənistanın gələcəkdəki baş naziri və ya prezidenti Nikol Paşinyanın qərarlarını tanımaya bilər və bu zaman Konstitusiyaya istinad edəcək. Paşinyan məsələnin həllini istəyirsə Konstitusiyada Müstəqillik Bəyannaməsiylə bağlı bəndi çıxarmalıdır. Bu məsələnin müsbət həlli olar və iki ölkə arasında sülh sazişinin imzalanmasın şərait yaradar”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR