Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın siyasi iradəsi varsa, bu gün sülh müqaviləsinin razılaşdırılmış bəndlərini imzalamaq imkanı var.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, belə bir qıcıqlandırıcı və əsassız mövqe Ermənistan parlamentinin sədri, Alen Simonyan tərəfindən yerli jurnalistlərlə söhbət zamanı səslənib.
Simonyanın sözlərinə görə, Ermənistan Konstitusiyası sülhün imzalanmasına heç bir maneə yaratmır və Azərbaycan tərəfinin Ermənistanın Əsas Qanununa istinadları doğru deyil.
Yerli jurnalistlər Simonyana “niyə belə olan halda BMT tribunasından Ermənistanın baş naziri Nikol Paşinyan ziddiyyət yaranarsa, Ermənistanın Konstitusiyanı dəyişdirməyə hazırıq” kimi bəyanat verir” sualını ünvanlayıblar. Erməni spiker baş nazirin belə bir söz işlətmədiyini bildirib. “O qeyd edib ki, bütün beynəlxalq müqavilələr Konstitusiya Məhkəməsində Konstitusiyaya uyğunluq prosedurundan keçir. Konstitusiya Məhkəməsi hazırlanmış sənədlə Əsas Qanun arasında ziddiyyətlər görsə, hansısa maneələrdən danışmaq olar. Amma bu ziddiyyətlər olmayacaq”, - deyə Alen Simonyan qeyd edib.
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ