İnsanlara hürriyət, millətlərə istiqlal!

Ruslar Xersonda bazarı BOMBALADI: Çoxlu ölənlər və yaralılar var – CANLI

Rus ordusu Xersonun mərkəzindəki bazara zərbə endirib, çoxlu sayda ölən və yaralananlar var.

Xerson Vilayət Dövlət Administrasiyasının rəhbəri Aleksandr Prokudin məlumat verib. Onun yaydığı məlumatda deyilir: "Xerson sakinlərinin səhər saatlarında məhsul aldıqları və satdıqları pərakəndə satış məntəqələri vuruldu”.

Xerson Vilayət Prokurorluğunun məlumatına görə, 2024-cü il oktyabrın 1-də yerli vaxtla saat 9:00 radələrində rus qoşunları Xersonun mərkəzinə, ehtimal ki, artilleriya qurğularından zərbələr endirib. Partlayışlar yerli bazarda və ictimai nəqliyyat dayanacağının yaxınlığında baş verib. Hələlik azı 7 nəfərin həlak olduğu təsdiqlənib, yaralıların sayı daha çoxdur.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu Azad Vətən Partiyasının sədri Akif Nağı ilə münaqişələri müzakirə edir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR