İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Rusiyanın qurduğu birliklərə etinasızlıq göstərir

Ermənistan İrəvanda keçirilən Avrasiya İqtisadi İttifaqının hökumətlərarası şurasına nə qədər maraqsız olduğunu göstərmək üçün hər şeyi edib.

Musavat.com xəbər verir ki, bu barədə yerli müxalif media maraqlı məlumatlar yayıb.

Məlumata görə, baş nazir Nikol Paşinyan dünən bir sıra qəbullar və görüşlər keçirib, onların heç biri ölkənin əsas iqtisadi tərəfdaşının tədbiri ilə bağlı olmayıb.

Xarici işlər naziri Ararat Mirzoyan Varşava Təhlükəsizlik Forumuna gedib. Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan isə Brüsseldə NATO ölkələrinin Daimi Nümayəndələri Müavinləri Komitəsinin iclasında çıxış edib.

Dünən İrəvanda başlayan Aİİ forumunda Ermənistan hökumətində anti-Rusiya mövqeyilə tanınan iqtisadiyyat naziri Gevorq Papoyan iştirak edib.

“Bir sözlə, bu gün İrəvanda növbəti Avrasiya forumu və Aİİ-nin hökumətlərarası şurası elə bir şəraitdə keçirilir ki, tədbirə sədrlik edən Ermənistan öz səyləri ilə bu təşkilata üzvlüyünü mümkün qədər siyasiləşdirib. Rəsmi İrəvan isə səylə və hətta nümayişkaranə şəkildə Avropa İttifaqına və NATO-ya meyllənir”, - deyə yerli telegram kanalların birində bu cümlə keçib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR