Onlayn ictimai-siyasi qəzet
Xəbər verildiyi kimi, Ermənistan Konstitusiya Məhkəməsi 26 sentyabr tarixli qərarında Azərbaycan və Ermənistan sərhədinin demarkasiyası üzrə komissiyaların birgə fəaliyyətinin əsasnaməsində təsbit edilmiş öhdəliklərin konstitusiyaya uyğun olduğunu qəbul edib.
Musavat.com xəbər verir ki, Ermənistanın bədnam və revanşist “Ayakve” hərəkatı bu qərara etiraz edən bəyanat yayıb.
Bəyanatda qeyd olunur:
“Bu qərar Konstitusiya Məhkəməsinin “Ermənistan və Qarabağın yenidən birləşdirilməsi” ilə bağlı Müstəqillik Bəyannaməsində təsbit olunmuş məqsəd kimi şərh edilə bilməz, buna görə də Ermənistan Respublikasının konstitusiya öhdəliyi kimi qəbul edilə bilməz. Ermənistanın konstitusiya quruluşunu və sabitliyini, konstitusiya-hüquqi əsaslarının davamlılığını təmin etmək üçün yaradılmış Konstitusiya Məhkəməsi bununla da mövcud rejimin göstərişi ilə ölkədəki konstitusiya çevrilişinin iştirakçısına çevrilir. Bu qərar Qarabağın Ermənistana birləşməsi (“Miatsum”) məsələsində yurisdiksiyasına ağır zərbə vurmaqla yanaşı, erməni dövlətçiliyinin itirilməsi deməkdir”.
Göründüyü kimi, Ermənistanda revanşist qüvvələr hələ də Qarabağ və “Miatsum” xəyal, illüziyaları ilə yaşamaqda davam edir.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ