İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə 70 min lirə maaşa işləyən çoban tapa bilmirlər

Türkiyədə çobanlarla bağlı böhran var – sürü sahibləri yüksək masala belə işçi tapa bilmirlər.

Musavat.com kanal23.com-a istinadla xəbər verir ki, Elazıg vilayətində fermer təsərrüfatının sahibləri çoban tapmaqda çətinlik çəkdiklərindən şikayətlənirlər. Onlar aylıq 70 min türk lirəsi (bizim pulla 3470 manat) həcmində maaş, həmçinin pulsuz yemək, içki, mənzil və geyim təklif etsələr də, bu sahədə işləmək istəyənləri tapmaq, demək olar ki, mümkün deyil.

Əvvəllər 500 qoyun sürüsü olan yerli sakin Nurettin Çelenk işçi çatışmazlığı səbəbindən heyvanların çoxunu satmaq məcburiyyətində qalıb. Onun sözlərinə görə, əvvəllər çobanlar kredit istəyirdilərsə, indi TikTok-a baxmaq üçün internet və ən azı 30 GB mobil trafikin ödənişini tələb edirlər.

Nəşr qeyd edir ki, 70 min lirə maaş Türkiyə standartlarına görə yüksək hesab olunur. Məsələn, vəkilin orta əmək haqqı 15-56 min lirə, müəllimin maaşı isə 13-15 min lirə arasındadır.

P.S. Xəbərdə verilən rəqəmlərin səhihliyinə kanal23.com saytı cavabdehdir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR