İnsanlara hürriyət, millətlərə istiqlal!

Separatçılardan TƏHDİD: Xankəndiyə girən karvanı VURUN! Qabil Hüseynli ilə CANLI

Bakıdan Xankəndi şəhərinə göndərilən humanitar yardım TIR-ları hazırda Ağdama yaxınlaşır. Bakıdan Xankəndi şəhərinə 40 ton humanitar yardım göndərilib. Diqqət çəkən məqam isə yüklərin daşındığı avtomobillərin seriya nömrəsi olub.

Belə ki, Xankəndiyə yola düşən yük maşınlarının seriya nömrəsinin “44” olmasının ermənilərə xüsusi mesaj olduğu iddia edilib. Azərbaycanda “44” nömrəli avtomobil seriyası Masallı qeydiyyatı olan avtomobillərə şamildir.

Qarabağdakı separatçıların rəhbəri Arayik Harutyunyanın katibəsi Lusine Avanesyan deyib ki, bu məsələ onlarla razılaşdırılmayıb. “Ona görə də, həmin yükü qəbul etməyəcəyik”.

Avanesyan daha sonra iddia edib ki, Azərbaycan tərəfinin bu addımı guya, mövcud problemlərin dərinləşməsinə yönəlib.

“Lakin bu addımlar onları həll etmək deyil. Laçın dəhlizinin açılması prioritet məsələdir. Azərbaycan tərəfi ilə istənilən dialoq ilk növbədə bu məsələ ilə bağlı aparılmalıdır”.

Ermənistanın baş nazirinin artıq namizədi də var. Bu şəxs keçmiş “xarici işlər naziri” Masis Mayilyandır. O, əlbəttə, Samvel Babayan deyil və mənfi reputasiyası yoxdur.

Eyni zamanda, o, Soros fondunun Qarabağdakı nümayəndəsidir. Həmçinin İrəvan hakimiyyəti tərəfindən idarə olunur. “Hraparak” iddia edib ki, Mayilyan Arayikin yerinə keçdikdən sonra “dövlət naziri” Samvel Babayan təyin olunacaq.

Ermənistan Baş naziri Nikol Paşinyanla Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub. Ermənistan mediası məlumat yayıb. Bildirilib ki, tərəflər Qarabağdakı vəziyyəti müzakirə edib.

Qarabağda yaşayan separatçı David Minasyan özünün Feysbuk səhifəsində “Türk çörəyinə əsla ehtiyacımız yoxdur. Əgər “artsax”a girsələr, bu maşınları məhv edəcəyik” paylaşımını edib. Minasyan eyni zamanda Azərbaycanın humanitar yardımının Xankəndiyə girişini əngəlləmək üçün hamını “oyanmağa” çağırıb.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlunun qonağı professor Qabil Hüseynlidir. Xankəndiyə göndərilən humanitar yük barədə söhbətimizə izləyicilər də qoşula bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR