İsveçrə federal şurası bu ölkədə HƏMAS və əlaqəli təşkilatların fəaliyyətini qadağan etməyə qərar verib.
Qadağanın mayın 15-dən etibarən qüvvəyə minəcəyi bildirilib.
Musavat.com xəbər verir ki, bu qərar 30 aprel tarixində şuranın iclasında təsdiqlənib. İsveçrədə HƏMAS və ona bağlı qurumların qadağan edilməsi ilə əlaqədar mövcud olan federal qanun, İsveçrə hökumətinə bir neçə tədbir tətbiq etmə imkanı yaradır.
Bu qanun, həmçinin polisə Fələstin təşkilatlarına qarşı preventiv tədbirlər görmək, məsələn, ölkəyə giriş qadağası qoymaq və ya şəxsləri deportasiya etmək kimi hüquqlar verir.
Rəsmi qurumlar, bu qərarın HƏMAS-ın İsveçrəni maliyyə bazası kimi istifadə etməsinin qarşısını alacağına və ölkə daxilində təhlükəsizliyi artıracağına ümid edirlər.
Toğrul İSMAYIL,
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ