İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan Trampın Ukrayna planına dəstək verdi: “Onun sülh baxışını alqışlayırıq”  


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın sabiq prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsi ilə bağlı mövqeyini dəstəklədiyini açıqlayıb.

Bu barədə Musavat.com "Anadolu" Agentliyinə istinadla xəbər verir.

Ərdoğan qeyd edib ki, Trampın dünya sülhü və xüsusilə də Rusiya-Ukrayna arasında münaqişənin həlli istiqamətindəki yanaşmasını dəstəkləyir:

“Biz də Trampın dünya vizyonunu, xüsusilə Rusiya və Ukrayna arasında sülh istiqamətindəki mövqeyini dəstəkləyirik. Onun Türkiyənin narahatlıqlarını nəzərə almasını alqışlayırıq”, – deyə Türkiyə lideri bildirib.

Ərdoğan əlavə edib ki, Trampla zaman-zaman telefon əlaqələri saxlayır və bu çərçivədə “telefon diplomatiyası”ndan istifadə olunur. O, həmçinin ABŞ-Türkiyə münasibətlərinə yeni impuls verməyə ümid etdiyini vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR