İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəməşq kənarında Suriya təhlükəsizlik qüvvələrinin 16 üzvü öldürüldü – Druzlara qarşı əməliyyat

Suriya paytaxtı Dəməşqin kənarında yerləşən Əşrəfiya Sahnaya qəsəbəsində silahlı qruplarla toqquşmalarda Suriya təhlükəsizlik qüvvələrinin ən azı 16 əməkdaşı həlak olub.

Musavat.com xəbər verir ki, məlumatı “Əl-İhbariya” telekanalına təhlükəsizlik xidmətinin nümayəndəsi açıqlayıb.

O, təhlükəsizlik qüvvələrinin "bir neçə yolu bağladığını" və ordu və təhlükəsizlik qüvvələrinin "mülki insanları qorumaq və qrupları mülki şəxslərə və ictimai əmlaka zərər verməmək üçün zərərsizləşdirmək məqsədilə irəliləməyə çalışdığını" deyib.

Qeyd edək ki, bu gün İsrailin pilotsuz təyyarəsinin Sahnaya qəsəbəsinə endirdiyi zərbə nəticəsində Suriyanın bir təhlükəsizlik zabiti həlak olub. Əl-Cəzirə telekanalının Suriya Daxili İşlər Nazirliyinə istinadən yaydığı məölumata görə, İsrail pilotsuz uçan aparatı Sahnaya şəhərinin kənarında təhlükəsizlik qüvvələrinin cəmləşdiyi yerə zərbə endirib: “İsrailin zərbəsi nəticəsində Suriya təhlükəsizlik qüvvələrinin bir üzvü həlak olub, yaralananlar var". Kanalın mənbəsinin qeyd etdiyinə görə, bu, artıq bu gün ərzində İsrailin Susiya təhlükəsizlik qüvvələrinin bölgədəki obyektlərinə ikinci zərbəsidir.

Onu da bildirək ki, Sahnaya bölgəsində druzlar yaşayır. Bu gün səhər oradakı toqquşmalarda altısı təhlükəsizlik qüvvələri üzvü olmaqla azı 11 nəfərin həlak olduğu açıqlanmışdı. Livanın “Al Mayadeen” telekanalının məlumatına görə, Suriya paytaxtının Daxili İşlər Nazirliyi Sahnayda komendant saatı tətbiq edib. Yeni hakimiyyətin nəzarətində olan təhlükəsizlik qüvvələri orada yerli silahlılara qarşı xüsusi əməliyyat keçirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR